Bazar ertəsi, Noyabr 17, 2025
logo
Gənclər Fondu
HTML tutorial
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Xəbərlər

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

16 Noyabr, 25 / 21:20
A A

20 iyun 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə tərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub.

Forumun əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq, karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına dəstək olmaqdır.

Açılış mərasimində Millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək, gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən, bu sahədə dövlətimizin gənclər üçün yaratdığı imkanlardan söz açıblar.

200-dən çox gəncin iştirak etdiyi Forumda “Süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsinə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli moderatorluq edib.

Panelin spikerləri sırasında Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə, və “Süni İntellekt HUB”ın həmtəsisçisi Ləman Əliyeva yer alıb.

Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının gənclər üçün təqdim etdiyi imkanlardan, bu sahədəki mövcud çağırışlardan və əmək bazarına təsirlərindən bəhs ediblər.
Tədbirin sonunda iştirakçılarla sual-cavab sessiyası təşkil olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən sayca ikinci dəfə keçirilən Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmalarına, eyni zamanda bu sahədə əlaqələr quraraq şəbəkələşməsinə şərait yaradıb.

Previous Post

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba gəncləri üçün yeni imkanlar yaradıb

Next Post

Gənc məhbuslarla görüş keçirildi

Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS

© 2025 youthnews.az

No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video

© 2025 youthnews.az