Cümə, Yanvar 9, 2026
  • Haqqımızda
  • Əlaqə
logo
Gənclər Fondu
HTML tutorial
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gənclər təşkilatları

İçərişəhərdə Cənubi Qafqazın ən böyük Kvest Çempionatı keçirilib

16 Noyabr, 25 / 20:52
A A
İçərişəhərdə Cənubi Qafqazın ən böyük Kvest Çempionatı keçirilib

20 sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə İçərişəhərdə tarix və gəncliyi birləşdirən “Bakı Kvest 2025|İçərişəhər” layihəsi keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Gənc Könüllülər” İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən çempionatda 36 komanda və 540 gənc iştirak edib.

Qoşa Qala meydanında açılış mərasimi baş tutan kvest çempionatı gənclərdə həm komanda ruhunu, strateji düşüncəni və tarixə marağı gücləndirmək, həm də könüllülük  fəaliyyətini təşviq etmək məqsədini daşıyıb.

Cənubi Qafqazın ən böyük Kvest Çempionatının marşrutu gənclərə İçərişəhərin dar küçələrini, memarlıq incilərini və tarixi abidələrini fərqli prizmadan kəşf etmək imkanı yaradıb. Tapşırıqlar İçərişəhərin məhşur və çox az tanınan, lakin tarixi baxımdan mühüm obyektlərini əhatə edərək gəncləri keçmişə səyahət etdirib.

İntellektual mübarizənin sonunda çempionatın qalibi olan gənc tələbə və könüllülər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev tərəfindən kubok, medal və xüsusi mükafatlarla təltif olunublar.

Yekunda gənclərin sevimli müğənnilərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

Previous Post

Bakıda “Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” panel müzakirəsi keçirilib

Next Post

Səyyar Gənclər Xidməti Göygöl gənclərini bir araya gətirdi

Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS

© 2025 youthnews.az

No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə

© 2025 youthnews.az