Bazar, Dekabr 21, 2025
  • Haqqımızda
  • Əlaqə
logo
Gənclər Fondu
HTML tutorial
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gənclər siyasəti

Gənclər niyə birbaşa universiteti yox, kolleci seçir? – AÇIQLAMA

02 Dekabr, 25 / 11:52
A A
Gənclər niyə birbaşa universiteti yox, kolleci seçir? – AÇIQLAMA

Bir çox abituriyent ali təhsilə keçidi asanlaşdırmaq üçün əvvəlcə kollecə daxil olub, daha sonra universitet təhsilinə keçməyi düşünür.

Bəs bu yolun üstünlükləri və çatışmazlıqları nələrdir? Universitetə birbaşa qəbul ilə müqayisədə, hansı hallarda kollecə daxil olmaq və ya birbaşa universitet yolunu seçmək daha məqsədəuyğundur?

Bu barədəRedaktor.az-a açıqlamasında ali təhsil üzrə ekspert Vüsal Kərimli bildirdi ki, dünyanın demək olar ki, heç bir yerində rast gəlinməyən bir təcrübədir, amma ölkəmizdə tətbiq olunan bu model kifayət qədər maraqlıdır.

“Son illərdə kolleclərdə rəhbərliyin yenilənməsi, şəffaflığın artırılması, tələbə biliyinin qiymətləndirilməsində qeyri-qanuni halların aradan qaldırılması artıq kolleclərin məzunlarına olan etibarı və onların aldıqları qiymətlərin etibarlılığını xeyli gücləndirib. Fikrimcə, bu çox yaxşı və müsbət nəticə verən bir təcrübədir. Digər tərəfdən, kollecdə oxuyanların hamısının universitetə daxil olmaq kimi bir məqsədi olmur, hətta bir çoxları buna maraq da göstərmir. Əslində isə mən hesab edirəm ki, kolleci bitirdikdən sonra universitetdə bakalavr təhsilinə davam etmək həm daha məntiqli, həm də daha uğurlu bir strategiyadır. Bu yol, tələbənin gələcək peşə hazırlığı və karyera imkanları baxımından daha sağlam və effektiv addımdır”, – deyə ekspert vurğulayıb.

Previous Post

2026-CI İL ÜZRƏ QRANT MÜSABİQƏSİ ELAN OLUNUR

Next Post

“Gənclər məsuliyyət götürmək istəmir, ailə məsuliyyətindən qaçırlar” – SOSİOLOQ AÇIQLADI

Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS

© 2025 youthnews.az

No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə

© 2025 youthnews.az