Bazar ertəsi, Noyabr 17, 2025
logo
Gənclər Fondu
HTML tutorial
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Video

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

16 Noyabr, 25 / 21:31
A A
“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilir.

Sentyabr-dekabr aylarını əhatə edəcək layihə çərçivəsində 10-dan artıq regiondan 500-dən çox gəncin iştirakı ilə mətbuat tarixi və yeni media istiqamətində, eyni zamanda media savadlılığı mövzusunda təlim, praktik və interaktiv sessiyaların təşkil edilməsi nəzərdə tutulur.

Layihənin məqsədi fəal sosial media istifadəçisi kimi zərərli məlumatların təsirinə daha çox məruz qalma ehtimalı olan gənclərin müasir media və kommunikasiya sahəsində biliklərinin artırılması, media savadlılığı mövzusunda bacarıqlarının təkmilləşdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir.

Layihənin yekunu olaraq, dekabr ayında Bakı və regionlardan ümumilikdə 100-dən çox gəncin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.

İştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Previous Post

Naxçıvanda gənclərin iştirakı ilə veloyürüş keçirilib

Next Post

Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb

Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS

© 2025 youthnews.az

No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video

© 2025 youthnews.az