Cümə, Yanvar 9, 2026
  • Haqqımızda
  • Əlaqə
logo
Gənclər Fondu
HTML tutorial
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gənclər təşkilatları

Naxçıvanda “Ulu Öndər irsi və Konstitusiya dəyərləri” mövzusunda gənclərlə görüş keçirilib

17 Noyabr, 25 / 0:39
A A
Naxçıvanda “Ulu Öndər irsi və Konstitusiya dəyərləri” mövzusunda gənclərlə görüş keçirilib

Prezident  İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına  əsasən, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə mayın 8-də Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyində Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə  həsr olunmuş  “Ulu Öndər irsi və Konstitusiya dəyərləri” mövzusunda gənclərlə görüş təşkil edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsini icra edən Hüseyn Səfərov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edilbər.

Hüseyn Səfərov çıxışda müstəqil Azərbaycanın hüquqi və konstitusion  təməlinin formalaşmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyətindən bəhs edib. O, vurğulayıb ki, “Ulu Öndərin rəhbərliyi ilə ölkəmiz müstəqilliyini  bərpa  etdikdən sonra hüquqi  dövlət  quruculuğu sahəsində mühüm  addımlar atılıb. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə ilk Konstitusiyamız qəbul olunub. Bu sənəd hüquq və azadlıqların təminatı ilə yanaşı, milli birliyin və dövlət suverenliyinin əsasını təşkil edir”.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tədbirdə gənclərə müraciətlə bildirib ki, Konstitusiya dəyərlərinə sadiqlik, qanuna hörmət  və  vətəndaş  məsuliyyəti  müasir gəncin başlıca keyfiyyətləri olmalıdır. Gənclər Fondu hüquqi maarifləndirməni daim prioritet hesab edir və gənclərlə bu cür görüşlərə xüsusi önəm verir.

Eyni zamanda, Bakıda Gənclər Təşkilatlarının Resurs Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən gənclər üçün təşkil edilmiş interaktiv görüşdə iştirak edən ictimai-siyasi xadim və diplomat Həsən Həsənov onlayn şəkildə tədbirə qatılıb. O, tədbirin əhəmiyyətini vurğulayaraq dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətindən geniş bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ulu Öndərin dövlət quruculuğu yolundakı fəaliyyəti, beynəlxalq tədbirlərdəki iştirakı, dünyanın aparıcı ölkələri və siyasi xadimləri ilə danışıqları, Azərbaycanan dünyaya tanıtması istiqamətindəki fəaliyyətinin canlı şahdi olduğu tarixi hadisələr barədəki çıxışını tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Previous Post

Qubada keçirilən şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi yekunlaşıb

Next Post

Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların veloyürüşü keçirilib

Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS

© 2025 youthnews.az

No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə

© 2025 youthnews.az