Cümə, Yanvar 9, 2026
  • Haqqımızda
  • Əlaqə
logo
Gənclər Fondu
HTML tutorial
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gənclər siyasəti

“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

17 Noyabr, 25 / 0:35
A A
“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayan “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir.

Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə reallaşdırılacaq.

Bu layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) paytaxtın musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirməkləri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

2024-cü ilin may–iyun aylarını əhatə edəcək silsilə tədbirlərin açılış konserti 28 may tarixində saat 18:00-da Bakı şəhəri Fəvvarələr meydanında baş tutub. Ümumilikdə layihə çərçivəsində Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbinin şagirdlərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün əlverişli imkan yaradır. Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək, habelə şəhər sakinləri və paytaxta təşrif buyurmuş qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı layihəni həyata keçirir.

Previous Post

Laçın Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb

Next Post

Azərbaycan və Türkiyənin gənc sahibkarlarının əməkdaşlıq görüşü keçirilib

Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS

© 2025 youthnews.az

No Result
View All Result
  • Gənclər təşkilatları
  • Gənclər siyasəti
  • Regionlar
  • Xəbərlər
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə

© 2025 youthnews.az